15 Haziran 2015 Pazartesi

Dünyanın ən güclü 10 ordusu


Global Firepower Index’in 2014-сü ilin ən güclü ordularının sihayısını elan etdi. Global Firepower Index təxminən 50 göstəriciyə görə orduların gücünü hesablayıb sıralayır. Bu göstəricilərə ehtiyatda olan hərbi qulluqçuların sayı, tank, döyüş təyyarəsi, nüvə başlığı, təyyarə daşıyan gəmi, sualtı gəmi sayı və müdafiə xərcləri daxildir. Ancaq bu kateqoriyalar hər ölkə üçün fərqli ağırlıqda hesablanır. Məsələn, dənizə çıxışı olmayan ölkələrin gəmi sayı ordu gücü hesablanan zaman az ağırlıqda götürülür.
10- Yaponiya
Hərbi qulluqçuların sayı: 53,608,446
Tank sayı: 767
Döyüş təyyarəsi sayı: 1,595
Nüvə başlığı sayı: 0
Təyyarə daşıyan gəmi sayı: 1
Sualtı gəmi sayı: 16
Müdafiə xərcləri (dollar): 49,100,000,000
9- Cənubi Koreya
Hərbi qulluqçuların sayı: 25,609,290
Tank sayı: 2,346
Döyüş təyyarəsi sayı: 1,393
Nüvə başlığı sayı: 0
Təyyarə daşıyan gəmi sayı: 1
Sualtı gəmi sayı: 14
Müdafiə xərcləri (dollar): 33,700,000,000
8- Türkiyə
Hərbi qulluqçuların sayı: 41,637,773
Tank sayı: 3,657
Döyüş təyyarəsi sayı: 989
Nüvə başlığı sayı: 0
Təyyarə daşıyan gəmi sayı: 0
Sualtı gəmi sayı: 14
Müdafiə xərcləri (dollar): 18,185,000,000
7- Almaniya
Hərbi qulluqçuların sayı: 36,417,842
Tank sayı: 408
Döyüş təyyarəsi sayı: 710
Nüvə başlığı sayı: 0
Təyyarə daşıyan gəmi sayı: 0
Sualtı gəmi sayı: 4
Müdafiə xərcləri (dollar): 45,000,000,000
6- Fransa 
Hərbi qulluqçuların sayı: 28,802,096
Tank sayı: 423
Döyüş təyyarəsi sayı: 1,203
Nüvə başlığı sayı: 300
Təyyarə daşıyan gəmi sayı: 1
Sualtı gəmi sayı: 10
Müdafiə xərcləri (dollar): 43,000,000,000
5- İngiltərə
Hərbi qulluqçuların sayı: 29,164,233
Tank sayı: 407
Döyüş təyyarəsi sayı: 908
Nüvə başlığı sayı: 225
Təyyarə daşıyan gəmi sayı: 1
Sualtı gəmi sayı: 11
Müdafiə xərcləri (dollar): 53,600,000,000
4- Hindistan 
Hərbi qulluqçuların sayı: 615,201,057
Tank sayı: 3,569
Döyüş təyyarəsi sayı: 1,785
Nüvə başlığı sayı: 80-100
Təyyarə daşıyan gəmi sayı: 2
Sualtı gəmi sayı: 17
Müdafiə xərcləri (dollar): 46,000,000,000
 3- Çin
Hərbi qulluqçuların sayı: 749,610,775
Tank sayı: 9,150
Döyüş təyyarəsi sayı: 2,788
Nüvə başlığı sayı: 250
Təyyarə daşıyan gəmi sayı: 1
Sualtı gəmi sayı: 69
Müdafiə xərcləri (dollar): 126,000,000,000
 2- Rusiya
Hərbi qulluqçuların sayı: 69,117,271
Tank sayı: 15,000
Döyüş təyyarəsi sayı: 3,082
Nüvə başlığı sayı: 8,484
Təyyarə daşıyan gəmi sayı: 1
Sualtı gəmi sayı: 63
Müdafiə xərcləri (dollar): 76,600,000,000
1- ABŞ

Hərbi qulluqçuların sayı: 145,212,012
Tank sayı: 8,325
Döyüş təyyarəsi sayı: 13,683
Nüvə başlığı sayı: 7,506
Təyyarə daşıyan gəmi sayı: 10
Sualtı gəmi sayı: 72
Müdafiə xərcləri (dollar): 612,500,000,000
 
 Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

→ Bilmək istədiyiniz maraqlı faktlar

İnsanlar nəyə görə içki badələrini toqquşdururlar?



Bu ənənə ilə bağlı iki ayrı fikir irəli sürülür:  Badə  
      1. Şərab içən insanın 5 duyğu orqanını razı salmaq məqsədi ilə şərab qədəhini süfrədə çın səsiylə toqquşdurmaq. Burada 5 duyğu dedikdə aşağıdakılar nəzərdə tutulur: Şərabın rəngi — görmə hissi; Şərabın dadı — tam alma hissi; Şərabın iyi – qoxu alma hissi; əl ilə toxunmaq – toxunmaq hissi;  çın səsi – eşitmə duyğusu. Şərab bütün duyğuları qane edən mənasını daşıyır.
     2. Digər fərziyəyə görə antik dövrlərdə bir insanın düşmənini yeməyə dəvət edib ona zəhərli içki təqdim etməsi  tez-tez müşahidə edilirdi. Ev sahibi içkisinin zəhərsiz olduğunu göstərmək üçün öz içki badəsini havaya qaldırar və qonağın içkisinin bir hissəsinin öz badəsinə tökülməsini istərdi. Sonra eyni vaxta içkilər içilərdi. Qonaq bu zaman ev sahibinə inamını göstərmək üçün badəsini ev sahibinin yuxarı qaldırdığı badəyə yavaşca toqquşdurar və çın səsi ilə içkini yoxlamağa ehtiyac olmadığını göstərərdi.
HəftəHəftədə nəyə görə 7 gün vardır?
     İlk dəfə Babillər 7 günlük həftə zaman periodundan istifadə etmişlər.  Həmin dövrdə insanlara məlum olan beş planet ilə günəş və ayın birgə sayının 7 olması bu rəqəmin gizli və uğurlu rəqəm olmasını göstərirdi. Daha sonra dinlərdə göyün 7 qatdan ibarət olması, təbiətdəki ana rənglərin sayının 7 olması, musiqidə notların sayının 7 olması bu rəqəmin əhəmiyyətini daha da artırdı. Sonralar bir sıra ölkələr bu təqvim periodunu dəyişdi. Fransa təqvimdə həftə günlərinin sayını 10 etdi, amma bu xalq tərəfindən qəbul edilmədi. Rusiyada da 5 günlük həftə tətbiq edildi, lakin bu da uzun müddət davam etmədi. Sonda yenə həftə 7 günlük olaraq qaldı.
Təhlükəni bildirə S.O.S-un mənasə nədir?
SOS    Bir çoxlarımız bu qısaltmanın “Save our Ship” gəmimizi xilas et, “Save our Soul”ruhumuzu xilas et, “Stop other Signals” digər signalları söndür sözlərinin qısaltmasından yarandığını fikirləşirlər. Lakin əsas məsələ tamam fəqlidi. Bu teleqraf dövründən qalma Mors əlifbası ilə əlaqəlidir. Yardım çağırışının daha asan yadda saxlanılması üçün 1908-ci ildə bu ifadədən istifadə edilirdi.   
Otellerdə nəyə görə fırlanan qapılar (revolving doors) istifadə edilir?
     Fırlanan qapıların məqsədi enerjiyə qənaətdir. Hotel, ofis kimi böyük binalarda içəri daim isidilir. Açılan normal qapılar hava axınına mane olmur və soyuq ( yay aylarında isti) hava rahatlıqla içəriyə daxil olur. Əgər normal qapılar  istifadə olunsa hava axını səbəbi ilə isitmə və soyutma mexanizmləri yenidən fəaliyyətə başlayacaqdır. Bu isə əlavə xərclərə səbəb olur. Bu səbəbdən qapılarından tez-tez istifadə olunan otel və bənzəri binalarda fırlanan qapılardan istifadə olunur və bu yolla enerjiyə qənaət edilir.Fırlanan qapılar isti havanın xaricə, soyuq hava axının isə içəri girməsinə mane olur.door
Təcümə etdi: Muşviq\ istifadə zamanı sayta istinad mütləqdir

→ Səyahəti asanlaşdıran 4 görkəmli şəxsiyyət



1. Fernan Magellan
Məşhur portuqal dənizçisi Fernan Magellan 1520-ci ildə tarixdə ilk dəfə olaraq dövrü aləm səyahəti etmiş və bir çox maraqlı və faydalı kəşflər etmişdir.

O, əsasən dəniz səyahəti zamanı qısa yollar axtarışında olmuşdur. Onun kəşflərindən biri də Cənubi Amerika ilə “Odlu Torpaq” arxipelaqı arasındakı boğaz idi. Bu boğaz ona qədər də dənizçilərə məlum idi. Amma bu keçidi dənizçilər çox təhlükəli və keçilməz hesab edirdilər.

Belə ki, bu keçidin orta eni 4,5 metr idi və çox dar olan bu keçidi keçməyə heç bir dənizçi cürət etmirdi. Amma Magellan ilk dənizçi idi ki, bu boğazı keçdi. O, Atlantik okeanından Sakit okeana keçən ilk avropalı dənizçi olmuşdur. Bu, dənizçilər üçün yeni bir dəniz yolu idi. Hal-hazırda bu boğaz “Magellan boğazı” adlanır. İndi bu boğazdan müntəzəm olaraq kiçik gəmilər üzüb keçir. 

2. Riçard Trevitik
Dünyada ilk parovoz 1804- cü ildə ingilis ixtiraçısı Riçard Trevitik tərəfindən hazırlanmışdır. Bu parovoz həddindən artıq ağır olduğu üçün onu çuqun relslər belə saxlaya bilmirdi.

İxtiraçı təcili olaraq yaratdığı parovozun quruluşunda dəyişikliklər etmək məcburiyyətində qalır. 4 il sonra ixtiraçı parovozun yeni uğurlu prototipini hazırlayır. Bu parovozun sürəti 30 km saat idi ki, bu da o dövrlər üçün çox yüksək bir sürət hesab olunurdu.

O zamanlar dəmiryolu sistemi olmadığından parovozu təyinatı üzrə istifadə edə bilmirdilər. Trevitik öz vəsaiti hesabına yerli parkların birində dairəvi dəmiryolu düzəltdirməklə, parovozun sürətini göstərməklə kifayətlənmişdir və hərdən də imkanlı adamlar pul ödəyərək, bu parovoza minib əylənərdilər.

 Sonralar dəmiryolu ən populyar və geniş yayılmış nəqliyyat vasitəsinə çevrildi. Səyahətçilər bu nəqliyyat vasitəsilə uzun məsafələri bir neçə saata qət edirdilər.

3. Alessandro Malaspina 
Panama kanalı – Panama körfəzini Sakit okeanla və Karib dənizi ilə birləşdirir. Həm də bu kanal Atlantik okeanla Sakit okeanı birləşdirir. 1790-cı ildə italyan çoğrafiyaşunası və səyahətçisi Alessandro Malaspina bu kanalın ilk layihəsini çəkmişdir. O, bilirdi ki, bu layihənin həyata keçməsilə dəniz tacirləri həm vaxtlarına, həm də yol xərclərinə xeyli qənaət edəcəklər. O, həm də bilirdi ki, bu kanal hazır olarsa, Atlantik okeanından Sakit okeanına keçmək üçün qət ediləcək məsafə 2 dəfə, yarıbayarı qısalacaq. Alessandro əvvəlcədən kanalın çəkiləcəyi ərazilərdə kəşfiyyat işləri aparmış və kanalın keçəcəyi yolları əvvəlcədən, dəqiqliyi ilə layihələşdirmişdir. Bircə işə başlamaq qalırdı. Amma naməlum səbəbdən layihənin həyata keçirilməsi donduruldu.

XIX əsrin əvvəllərində beynəlxalq ticarətin inkişafı dövrlərində Alessandronun kanal ideyası ispanlar və amerikalılar tərəfindən yenidən gündəmə gəldi. Bu sahədə daha çox fransızlar təşəbbüs göstərirdilər. Amma müxtəlif texniki çətinliklərə görə, bu layihəni həyat keçirmək yenə də mümkün olmadı.

Yalnız 100 ildən artıq bir vaxt keçdikdən sonra, yəni – 1920-ci ildə kanalın çəkilişi başa çatdırıldı və kanal işə düşdü. O vaxtdan indiyədək Panama kanalı beynəlxalq ticarət əlaqələri və iqtisadi əlaqələrdə böyük və əvəzsiz rol oynamışdır. Kanalın çəkilişi ilə Atlantik okeanından Sakit okeanına keçilməsi üçün qət edilən məsafə 2 dəfə qısaldıldı.

 Panama kanalının tikintisi bəşər tarixində həyata keçirilən ən çətin və ən böyük layihə hesab edilir.

4. Alberto Santos — Dümon
Uçucu (təyyarəçi) Alberto Santos- Dümon aviasiyanın ilk pionerlərindən hesab olunur. İlk hava şarını o, ixtira etmişdir və özü də sınaqdan keçirmişdir.

Aeroplanda ilk uçuşu da o, etmişdir. Bu ixtiraçı vertolyot və təyyarələrin layihələşdirilməsi ilə də məşğul olmuşdur. “14 – bis” markalı təyyarənin layihələşdirilməsi məhz ona məxsusdur. Mühərriklə işləyən ilk təyyarənin uçuşunu da o, həyata keçirmişdir.

O, aviasiyanın inkişafı üçün çox əmək qoymuşdur. İndiki dövrdə dünyanın bir tərəfindən digər bir tərəfinə bir neçə saata səyahət etməyimiz üçün biz, məhz Alberto Santos – Dümona minnətdar olmalıyıq.

→ Qan qohumlarının nigahı Qan qohumları arasında bağlanan nigah uşaqda ana



Qan qohumları arasında bağlanan nigah uşaqda anadangəlmə eybəcərlik və xəstəliklərin əmələ gəlməsi risklərini artıran əsas faktorlardan hesab olunur. Səbəblərini izah edək.

İnsan orqanizmi bütün hüceyrələrində 46 xromosom (23 cütlük) mövcüddur. Kişi və qadın cinsi hüceyrələrində isə 23 xromosom olur ki, onlar birləşəndə yeni orqanizmin gen toplusu əmələ gəlsin (23 xromosom atadan + 23 xromosom anadan = 46 xromosom). 

Xromosomlar genlərdən ibarətdir və bu genlər hər bir insan orqanizminin bütün xüsusiyyətlərdən (saç, dəri və gözlərin rəngi, mübadilə proseslərin xüsusiyyətləri, irsi xəstəliklər və s.) məlumat daşıyırlar.

İnsan orqanizmində hər bir əlamət haqqında informasiyanı 2 gen-cütlük daşıyır. Əgər cütdəki genlərdən biri insanın hər hansı bir əlamətinin təhrif olunmuş, mutasiyalı, patoloji informasiyanı (açıq desək, xəstəliyi) daşıyırsa, digər gen isə sağlamdırsa, insan sağlam doğulur. Uşaq hər bir valideynlərin hər gen-cütlüyündən bir gen alır. Qan qohumlarında çoxsaylı ümumi genlərin olması ona gətirib çıxara bilər ki, bu nigahda doğulan uşaqlar öz valideynlərindən iki eyni təhrif olunmuş, patoloji informasiyanı daşıyan gen qəbul edə bilərlər. Nəticədə uşaq xəstə doğulur.

Qan qohumları olmayan insanların uşaqlarında, genotiplərində (gen toplusu) eyni mutasiyaya məruz qalmış genlərin “görüşməsi” ehtimalı çox azdır.

→ "Hot dog"un tarixcəsi



“Hot Dog”u tam cəsarətlə Amerika mətbəxinin klassikası adlandırmaq olar.

Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-ın simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) “Hot dog” ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir.

1900-cü ildə Almaniyadan ABŞ-a gəlmiş qəssab Çarlz Feltman burada “Hot dog”un kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişir. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü. O dövrlər bu, çox böyük bir miqdarda pul demək idi.

1957-ci ildən ABŞ-nın Ticarət Palatası tərəfindən “Hot dog” günü rəsmiləşdirilmiş, bundan 37 il sonra isə “Hot dog və sosislər” Milli Şurası yaradılmışdır. 

Hələ çox-çox əvvəllər də öz dadı və ləzzəti ilə ad qazanmış bu populyar yeməyin adının haradan və necə yaranması ilə bağlı çoxlu araşdırmalar aparılmışdır. Belə ki, “Hot-dog” sözünün hərfi mənası “isti it” deməkdir. Bəzi tarixçilər təsdiq etməyə çalışmışlar ki, “Hot dog” söz birləşməsi ilk dəfə alman qəssabı İohann Lanner tərəfindən işlədilmişdir. O, böyük sosisləri “balaca itlər” adlandırmışdır (“Dachshund”).

Digər tarixçilər isə bu sözün amerikada yarandığını təsdiqləməyə çalışmışlar. Belə ki, guya, Nyu-Yorkda, XX əsrin əvvəllərində benqallarla keçirilən matç zamanı satılan sosislərlə bağlı bu ad yaranmışdır. İlk öncə “Hot dog” sözünü karikaturaçı Ted Dorqan öz karikaturalarında işlətmişdir. Öz karikaturalarını belə adlandırmaqla o, benqallıların bu yeməyi it ətindən hazırladıqlarına işarə etmişdir. Bəzi tarixçilər isə bunu təsdiq etməyə çalışmışdılar. Tarixçilərin dediklərinə görə, bu cür sosislər XIX əsrin ortalarında benqaliyada it ətindən hazırlanışrmış və bu səbəbdən də o zamanlar bu cür sosislər “Hot dog” – yəni, “it ətindən hazırlanmış isti sosislər”- adlandırılırdı.

Bu dadlı yeməyə verilən “Hot dog” adının harada və necə yaranması bir yana, qeyd etmək lazımdır ki, bu yemək yarandığı zamandan indiyədək tək ABŞ-da deyil, bir çox ölkələrdə ən populyar yeməklərdən hesab olunur. Onu da qeyd etmək lazımdır ki, Amerikanın “bədbəxtçiliyi” hesab edilən köklüyü yaradan da elə bu cür fastfoodlardır.

“Hot dog və sosislər” Şurasının verdiyi məlumatlara əsasən, hər bir amerikalı il ərzində ən azı 60 Hot Dog yeyir.

“Hot dog”un zərərləri haqqında çox danışılsa da, “Hot dog" həvəskarları yenə də bu yeməyin dadını çıxarmaqda davam etməkdədirlər. Hər il iyulun 18-i Beynəlxalq “Hot dog” Günü kimi qeyd edilir.

→ Ən yüksək yaşayış göydələni



Nyu-Yorkda 426 m hündürlüyü olan dünyanın ən yüksək «432 Park-Avenyu» yaşayış göydələninin tikintisi başa çatıb. Bu bina Nyu-Yorkda ən hündür ikinci tikilidir. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib. 
Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyu 96 mərtəbədən ibarətdir. Hazırda bina sadəcə yerləşdiyi ünvanla «432 Park-avenyu» adlandırılır. Göydələnin rəsmiləşməsi ilə əslən macar olan Rafael Vinyoli məşğul olur.
Elit binanın sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, orada, həmçinin çaxır zirzəmisini yaratmaq planlaşdırılır. Sakinlər gəzinti üçün terras və qolf meydançasından istifadə edə biləcəklər.
İlk sakinlər binada təxminən bir ildən sonra məskunlaşacaqlar. Ümumilikdə göydələndə hər birinin dəyəri 7 milyondan 80 milyon dollaradək olan 104 mənzil var. 2015-ci ildə «432 Park-Avenyu» ilə eyni hündürlükdə olacaq  daha 3 binanın; «217 West 57th Street», «111 West 57th Street» və «125 Greenwich Street» yaşayış binalarının tikilməsi planlaşdırılır. Məlumatı RİA Novosti xəbər agenliyi yayıb.

→ Kosmosda həyat mümkün olacaqmı?



kosmosBBC Future Proqramı çərçivəsində 21 Oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdir. Konfransda elm, texnologiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.
Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür. Potoçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi. Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.
Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.
 MarsBəs kosmosda yaşayış necə təşkil olunacaq?
 Beynəlxalq Kosmos Stansiyası təcrübəsi kosmik koloniyalarda qarşılaşılacaq problemlər haqqında ilkin fikir yaratmağa kömək edir. Beləki, stansiyada 6 nəfər ekipaja su daşımaq üçün ildə 2 milyard dollar maliyyə vəsaiti xərclənir. Qida və oksigen tədarükünü nəzərə aldıqda xərclər daha da artır. Bu səbəbdən də öz-özünü təmin edən kosmik koloniyanın yaradılması zəruridir.
Digər önəmli problem insan orqanizminin qarşılaşa biləcəyi problemlərdir. Yer cazibəsinin az olması nəticəsində sümük və əzələlərdə zəiflik və başda təzyiq yüklənməsi yaranacaqdır. Bu nəticədə ömürlük və ya müvəqqəti göz xəstəliklərinə səbəb olur.  Kosmik radiyasiya katarakt və xərçəng xəstəliyi riskini artırır. Moskva şəhərində Mars 500 layihəsi çərçivəsində 6 nəfər 520 gün ərzində 80 metrlik bir ərazidə yaşamaq məcburiyyətinə qalmış və nəticədə bir çoxunda yuxu, qavrama, depressiya kimi problemlər ortaya çıxmışdır. Kosmik koloniyalarda bu cür problemlər aradan qaldırılmalıdır.
Kosmosda doğulan və yaşayan insanlar bizdən fərqlimi olacaq ?
Tətqiqatlara görə bu cür izolə edilmiş koloniyalarda yaşayan insanların özlərinə xas mədəniyyətləri olacaq. Bəlkə öz dillərini yaradacaqlar, hətta bəzi fiziki xüsusiyyətlərə sahib olacaqlar.Şatl
Portland Universitetinin professor Kameron Smitə görə 2000 insandan ibarət olan bir kosmik koloniyanın sakinləri 300 ildən sonar bizdən fərqli bir görünüşə, fərqli davranış formalarına, saç quruluşuna, fərqli dəriyə, aşağı yer çəkiminə uyğun manevr etmək bacarığına malik hündür bədən quruluşuna və.s malik olacaqlar. Smitə görə hətta bu koloniyalarda genetik mühəndislik yolu ilə yeni orqanlar belə yaradıla bilər. Məsəl üçün, kosmik şüalardan qorunmaq üçün orqanlar və yaxud karbondioksidi oksigenə çevirə biləcək qəlsəmələr yaradılacaq. Bu yolla artıq insan süni biosferdən çıxaraq yeni evlərinə tam olaraq yerləşmiş olacaq.


Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm