15 Haziran 2015 Pazartesi

→ Ən yüksək yaşayış göydələni



Nyu-Yorkda 426 m hündürlüyü olan dünyanın ən yüksək «432 Park-Avenyu» yaşayış göydələninin tikintisi başa çatıb. Bu bina Nyu-Yorkda ən hündür ikinci tikilidir. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib. 
Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyu 96 mərtəbədən ibarətdir. Hazırda bina sadəcə yerləşdiyi ünvanla «432 Park-avenyu» adlandırılır. Göydələnin rəsmiləşməsi ilə əslən macar olan Rafael Vinyoli məşğul olur.
Elit binanın sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, orada, həmçinin çaxır zirzəmisini yaratmaq planlaşdırılır. Sakinlər gəzinti üçün terras və qolf meydançasından istifadə edə biləcəklər.
İlk sakinlər binada təxminən bir ildən sonra məskunlaşacaqlar. Ümumilikdə göydələndə hər birinin dəyəri 7 milyondan 80 milyon dollaradək olan 104 mənzil var. 2015-ci ildə «432 Park-Avenyu» ilə eyni hündürlükdə olacaq  daha 3 binanın; «217 West 57th Street», «111 West 57th Street» və «125 Greenwich Street» yaşayış binalarının tikilməsi planlaşdırılır. Məlumatı RİA Novosti xəbər agenliyi yayıb.

→ Kosmosda həyat mümkün olacaqmı?



kosmosBBC Future Proqramı çərçivəsində 21 Oktyabr tarixində “Dünyanı Dəyişdirən Fikirlər” adlı konfrans keçirilmişdir. Konfransda elm, texnologiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.
Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan ərazi və resurs problemləri insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, “Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir”. Kosmik koloniya haqqında ilk fikiri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür. Potoçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi. Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.
Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə “Mars 2025”-dir, hansı ki həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.
 MarsBəs kosmosda yaşayış necə təşkil olunacaq?
 Beynəlxalq Kosmos Stansiyası təcrübəsi kosmik koloniyalarda qarşılaşılacaq problemlər haqqında ilkin fikir yaratmağa kömək edir. Beləki, stansiyada 6 nəfər ekipaja su daşımaq üçün ildə 2 milyard dollar maliyyə vəsaiti xərclənir. Qida və oksigen tədarükünü nəzərə aldıqda xərclər daha da artır. Bu səbəbdən də öz-özünü təmin edən kosmik koloniyanın yaradılması zəruridir.
Digər önəmli problem insan orqanizminin qarşılaşa biləcəyi problemlərdir. Yer cazibəsinin az olması nəticəsində sümük və əzələlərdə zəiflik və başda təzyiq yüklənməsi yaranacaqdır. Bu nəticədə ömürlük və ya müvəqqəti göz xəstəliklərinə səbəb olur.  Kosmik radiyasiya katarakt və xərçəng xəstəliyi riskini artırır. Moskva şəhərində Mars 500 layihəsi çərçivəsində 6 nəfər 520 gün ərzində 80 metrlik bir ərazidə yaşamaq məcburiyyətinə qalmış və nəticədə bir çoxunda yuxu, qavrama, depressiya kimi problemlər ortaya çıxmışdır. Kosmik koloniyalarda bu cür problemlər aradan qaldırılmalıdır.
Kosmosda doğulan və yaşayan insanlar bizdən fərqlimi olacaq ?
Tətqiqatlara görə bu cür izolə edilmiş koloniyalarda yaşayan insanların özlərinə xas mədəniyyətləri olacaq. Bəlkə öz dillərini yaradacaqlar, hətta bəzi fiziki xüsusiyyətlərə sahib olacaqlar.Şatl
Portland Universitetinin professor Kameron Smitə görə 2000 insandan ibarət olan bir kosmik koloniyanın sakinləri 300 ildən sonar bizdən fərqli bir görünüşə, fərqli davranış formalarına, saç quruluşuna, fərqli dəriyə, aşağı yer çəkiminə uyğun manevr etmək bacarığına malik hündür bədən quruluşuna və.s malik olacaqlar. Smitə görə hətta bu koloniyalarda genetik mühəndislik yolu ilə yeni orqanlar belə yaradıla bilər. Məsəl üçün, kosmik şüalardan qorunmaq üçün orqanlar və yaxud karbondioksidi oksigenə çevirə biləcək qəlsəmələr yaradılacaq. Bu yolla artıq insan süni biosferdən çıxaraq yeni evlərinə tam olaraq yerləşmiş olacaq.


Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm

→ Sfinksın burnu niyə yoxdur?



“Sfinks” sözü yunancadan tərcümədə “boğucu”, “boğan” mənasını daşıyır.

Sfinks – qadın başlı, şir bədənli, quş qanadlı mifoloji bir varlıqdır. Bu nəhəng heykəl Misir piramidalarının yaxınlığında yerləşir və təxmini 6500 il yaşı var. Əgər fikir vermisinizsə, bu heykəlin burnu yoxdur, daha doğrusu, burnu sındırılıb. Neçə əsrlər idi ki, bunun günahını gah almanlarda, gah britaniyalılarda, gah da ərəblərdə görurdülər. Daha sonra isə günahın Napoleonda olduğu qərarına gəldilər. Amma bu ittihamlar əsassızdır, gümanlardır.

Deyilənə görə, Sfinksın burnu Misirdə gedən müharibələr zamanı yadelli ordular tərəfindən sındırılmışdır. Digər iddiaya görə, I və yaxud da II Dünya Müharibəsi illərində Britaniya və ya Almaniya ordusu tərəfindən bu vandalizm törədilmişdir. Amma bu fikirin yanlış olduğuna dair faktlar var: 1886-cı ildə çəkilmiş fotolarda Sfinks burunsuzdur.

Napoleona gəldikdə isə, yenə də, Sfinksın burunsuz olmasını təsdiqləyən rəsmlər mövcuddur. Avropalı səyahətçilər tərəfindən 1737-ci ildə çəkilmiş rəsmlər vardır ki, burada Sfinks burunsuz təsvir olunmuşdur. Bu rəsmlər fransız imperatorunun doğumundan 32 il əvvəl çəkilmiş rəsmlərdir.

Faktların yalan çıxmasına baxmayaraq, misirli ekskursiya rəhbərləri ölkəyə gələn turistlərə Sfinksın burnunun Napoleon tərəfindən qopardılaraq Luvra aparıldığını söyləyirlər. 

Araşdırmaçıların tarixi faktlarına əsaslanaraq, Sfinksın burnunun sındırılmasında əsas günahkar sufi fanatı Məhəmməd Saim – Əl – Dah hesab edilir. Deyilənlərə görə, Sfinksın burnunu 1378- ci ildə bu adam sındırmışdır və onun törətdiyi vandalizmə görə, yerli əhali onu döyərək öldürmüşdür.

Daha çox həqiqətə uyğun səbəblərdən biri isə heykəlin 6500 il səhra küləyinin və hava durumunun təsiri altında bu hala düşməsidir. Belə ki, Sfinksın burunsuz qalması, uzun illər hava durumunun əhəng daşına təsirinin nəticəsidir. Əsrlərlə səhranın ortasında “ömür sürən” Sfinksın çoxsaylı təbii kataklizmlərə məruz qalması həqiqətən daha çox oxşa

→ Kleopatra doğrudan gözəl olub?

 


Neçə minilliklərdi ki, Kleopatranın gözəlliyi haqqında yaranan əfsanələr dünyanı dolaşmaqdadır. Kleopatra doğrudan gözəl olub?

2000 ildən çoxdur Kleopatra bütün dünyada bir gözəllik simvoluna çevrilmişdir. Onun gözəlliyi rəssamların, şairlərin, heykəltaraşların ilham mənbəyi çevrilmişdir. Tarixdə Kleopatra misilsiz bir gözəl, daim gözəl və cavan qalmağın sirlərini bilən bir qadın kimi təsvir olunmuşdur.

Çariça Kleopatra VII Filopator — Ptolomey sülaləsinin sonuncu nümayəndəsi olmuş və Ellin Misirini 21 il idarə etmişdir. Tarixdə onun adının Qədim Roma imperiyasını idarə edən Yuli Sezar və Mark Antoni ilə bağlı olduğu qeyd edilir. Bu tarixi şəxsiyyətlər Kleopatranın gözəlliyinin əsiri olmuşdur. Gəlin, baxaq, Kleopatranın gözəlliyi haqqında tarix və arxeoloji tədqiqatlar nə deyir?

Kleopatranın çariçalığından 200 il keçdikdən sonra Roma tarıxçisi Dion Kassiy çariçanı belə təsvir etmişdir: -“ o, çox cazıbədar və misli görünməyən bir gözəl olmuşdur. Onu görən hər bir kəs ilk baxışdan ona vurulurmuş...” Amma Dion Kassiydən 100 il əvvəl Plutarx Kleopatra haqqında belə yazmışdır: — “Çariça Keopatra məftunedici, qeyri-adi bir gözəlliyə malik olmayıb. Sadəcə cazıbədar bir qadın olub”. Amma təəssüflər olsun ki, nə Kassiyin, nə də Plutarxın dediklərini təsdiqləyən heç bir dəlil və fakt yoxdur. Çünki Kleopatra təsvir edilən heç bir rəsm və heykəltaraşlıq əsəri qalmamışdır. 

Yalnız Kleopatra təsvir olunan sikkə pullar qalmışdır. Bu pullar da o, zamanlar siyasi təbliğat məqsədilə buraxılmışdır və pulların üzərində də “qarmaq burunlu, kişiyəbənzər qadın” təsvir olunmuşdur. Tarixçilərin bəziləri isə bunu belə izah edirlər ki, onun Ptolomey nəslindən olması və bu nəslə bənzəməsi öz təsdiqini tapması üçün pulların üzərində Kleopatra kişiyə bənzər təsvir olunmuşdur.

Qədim sikkələrin üzərindəki Kleopatra özündən çox Ptolomey nəslindən olan kişilərə bənzədilmişdir. Bununla da, Kleopatranın hakimiyyətə daha çox iddialı olduğunu sübuta yetirməyə çalışmışlar. Bu qədim pulları da o zamanlar Kleopatranın xarici görünüşünü göstərmək üçün deyil, məhz siyasi təbliğat məqsədilə buraxmışlar. Bir şeyi də qeyd eləmək yerinə düşər ki, əvvəllər “qadın gözəlliyi” dedikdə, heç də yalnız sifət gözəlliyi nəzərdə tutulmurdu. O zamanlar, adətən fiziki sağlamlıq, cəlbedici danışıq tərzi, səs və sairə...

Qədim tarixçi Dio yazırdı ki, — “ Kleopatra çox cazıbədar bir səsə malik olmuş və şirin bir ünsiyyət yaratmağı bacaran qadın olmuşdur. Onunla bir dəfə söhbət edən adam, sanki ona ömürlük bağlanırdı”.

Plutarxın fikrincə də, Kleopatranın xarici görünüşündən çox, onun xasiyyəti, ünsiyyəti daha çox cəlbedici olmuşdur. Elə Yuli Yezarı da, Mark Antonini də Kleopatra öz ünsiyyətilə məftun etmişdir. Amma bütün bunlarla bərabər, sözsüz ki, Kleopatranın xarici cəlbediciliyi də olmuşdur. O, gözəl xarici görünüşə malik bir qadın olub”.

2000 ildən çoxdur Kleopatra tarixdə gözəllik simvolu hesab edilir. Tarixçilərin sözünə görə, Kleopatranın daxili gözəlliyi xaricindən daha gözəl idi.

→ Ən çox neft ehtiyatı haradadır?



ABŞ Enerji Nazirliyinə bağlı Enerji İnformasiya İdarəsinin (EIA) və İngilis neft şirkəti BP-nin məlumatlarına görə  dünyada təsdiq edilmiş neft ehtiyatları 1 trilyon 333 milyard barel təşkil edir. Bu ehtiyatların yüzdə 56,6-sı (754.2 milyard barel) Yaxın Şərqin, yüzdə 14,9-u (198.9 milyard barel) Cənubi və Mərkəzi Amerikanın, yüzdə 10,3-ü (136.9 milyard barel) Avropa və Avrasiyanın, yüzdə 9,6-sı (127.7 milyard barel) Afrikanın, yüzdə 5,5-i (73,3 milyard barel) Şimali Amerikanın və yüzdə 3,2-si (42,2 milyard barel) Asiya-Sakit okean bölgəsinin payına düşür.
Təsdiq edilmiş neft ehtiyatlarına görə ilk sırada 266,7 milyard ( yüzdə 19,8) barellə Səudiyyə Ərəbistanı dayanır. Bu ölkəni 178,1 milyard barellə Kanada, 136,2 milyard barellə İran, 115 milyard barellə İraq və 104 milyard barellə Küveyt təqib edir. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ 19,1 milyard barel təsdiq edilmiş neft rezerv ilə bu göstəriciyə görə 12-ci, ikinci böyük iqtisadiyyatı Çin isə 16 milyard barellə 13-cü sırada yer alır.
Neft istehsalında Rusiya gündəlik 11 milyon barellə ilk sırada olarkən, Rusiyanı 9,9 milyon barellə Səudiyyə Ərəbistanı və 8,5 milyon barellə ABŞ izləyir. Bu ölkələrdən sonra gündəlik 4,1 milyonlu istehsal ilə Çin, gündəlik 3,8 milyon barellə Kanada və gündəlik 3,6 milyon barel istehsal ilə İran gəlir. Azərbaycan 0,9 milyon barellə 22-ci yerdə dayanır.
Dünyanın ən çox neft istehlak edən ölkəsi sıralamasında dünyanın ən böyük iqtisadiyyatı ABŞ gündəlik 18,8 milyon barellə ilk sırada yer alır. ABŞ-dan sonra Çin gündəlik 8,3 milyon barel neft və Yaponiya isə gündəlik 4,4 milyon barel neft istehlak edir. Səudiyyə Ərəbistanı gündəlik 6,4 milyon barellə dünyanın ən çox neft ixrac edən ölkəsi olarkən, Rusiya gündəlik 5,4 milyon barellə və İran gündəlik 2,2 milyon barellə Səudiyyə Ərəbistanını təqib edir.
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

Pirsinq

Pirsing — ingiliscədən tərcümədə body piercings yə`ni bədən pirsingi deməkdir. Əslində pirsing qədim tarixə malikdir.
 Hindistanda  qadınlar burun deşiklərinə qızıl halqa taxırdılar. Bu onların ərlərinə aid olmasını göstərirdi. Qədim Misirdə isə göbək pirsingi geniş yayılmışdır.
    «Müasir Pirsingin Yaradıcıları»  — Duq Mallo və Cim Vard hesab olunur. 1975-ci ildə Cim Vard Uest-Hollivud şəhərində  (ABŞ) ilk pirsing salonu açdı. Və bununla da pirsing bizim indiki dövrümüzə gəlib çıxdı. Duq Mallo özüdə pirsing daşıyıcısı idi.
  Sinə (döş) pirsingi  Qədim Romada (inkişaf etmiş dövlətlərdə) yaranmışdır. Yuli Sezarın qoruyucuları, Roma senturionları  (qədim Romada 100 nəfərdən ibarət qoşun dəstəsi başçısı) döşlərinə üzük keçirirdilər — bu da şücaət, mərdlik və kişilik əlaməti idi.
  Ən qədim pirsingli mumiya 1991-ci ildə Avstriyanın Similaun buzlaqlarında tapılmışdır. Mumiyanın yaşı təxminən 5300dən artıq idi. Onun qulağında deşik vardı və bu dini mərasimlə əlaqələndirilir. Bəzi qədim tayfalar dini mərasimlərdə pirsinglərdən istifadə edirdilər. Və bu adət indiyədək bəzi tayfalarda yenə hökm sürür.
    Pirsing fanatı olan ingilis Lesli Xovell bu barədə Ginnesin Rekordlar Kitabına düşüb. Onun bədənində düz 118 dəlik vardı. Lesli çox ağır xəstəlikdən vəfat etdi. Onun qanı dəhşətli dərəcədə çirklənmişdi, dəmir bədəndə qaldıqca müxtəlif mikroblar və infeksiyalar buraxır. Və bunun nəticəsində bədəndə olan qan tamamilə çirklənib xəstəlik əmələ gətirir. Həkimlərin məlumatına görə dəmir qanda qaldıqca qan rəngini dəyişir. Dəmir tərkibində olan bütün infeksiyaları qana ötürür.
     İlk burun pirsingi Yaxın Şərqdə 4000 il bundan əvvəl yaranmışdır. İbrahimin oğlunun anasına ilk hədiyyəsi  “qızıl sırğa” olur — Shanf. Shanf — bu söz hazırda Avropada “burun üzüyü” kimi işlədilir.
  Son vaxtlar pirsingin yeni növü dəbə minib. Brain-pirsing… Bəli, bəli… Adından gööründüyü kimi beyin pirsingi. Xüsusi narkozla olunan bu pirsing çox təhlükəlidir. Beyində təsiredici olmayan yerdə iki deşik açılır. Və həmin deşiklərə brain-pirsing üçün nəzərdə tutulmuş xüsusi halqalar taxılır. Lakin bu halqalara möhkəm dəyildikdə, toxunulduqda beyində qanaxmalar və daha təhlükəli şeylər baş verir. Hətta ölümlə belə nəticələnir. Ölümdən qorxmayan və həyata yalnız negativ gözlə baxan insanlar bu pirsingdən istifadə edirlər. Hazırda xaricdə brain-pirsing nəticəsində onlarla insan dünyasını dəyişib.
   XVI əsrdə pirsing Avropa ölkələrində dəbdən düşdü. Bunun səbəbi qulağı örtən saç düzümlərinin meydana gəlməsi idi. 1930-cu ildə Şimali Amerikda yenidən dəbə gələn pirsingi kişilər dəbə gətirdi. Həmin dövrlərdə kişilər daha çox pirsingdən istifadə edirdilər. Qulaq pirsingi daşıyıcılarından Uiliyam Şekspiri, İngiltərə kralı Kral I, Uolter Roli, Fransa kralı Henrik III  və.s misal gətirmək olar.
  1997-ci ildə Eleyn Devidson  Lesli Xovellin Rekordunu dəyişdi. O bədənində 462 dəliklə Ginnesin Rekordlar Kitabına  imza atdı. Onun tək başında 192 dəlik vardı.

Ən təhlükəli 7 ev əşyası

Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar. Hər birimizin düşündüyü əşyalar arxa planda qalaraq, təəccübə səbəb olan əşyalar ön planda yerləşiblər. Bu siyahıya mikrob və çirkin ən çox yığıldığı 7 ev əşyası daxildir. Beləliklə sizə bu siyahını təqdim edib, gələcəkdə bu əşyaların dezinfeksiyasında daha diqqətli olmanızı tövsiyə edirik...
1. Siyahıda birinci yeri demək olar hər gün mətbəxdə istifadə etdiyimiz taxta lövhələr tutur. Bu lövhədə aşkar olunan mkrobların sayı unitaz oturacağından 200 dəfə çoxdur. Mikrobioloqların tövsiyəsinə görə bu əşyanı istifadə etdikdən sonra qaynar suyla yaxşı yuyub və hökmən qurulamaq lazımdır. Bundan əlavə isə toyuq, ət, balıq, bişmiş tərəvəz, meyvə və çörək üçün ayrı lövhələrdən istifadə etməniz məsləhət görülür.

2. İkinci yerdə bizi təəccübləndirən telefon dəstəyi oldu. Telefon aparatını 2 gündən 1, ilk olaraq nəm sonra isə quru əski ilə mütləq silmək lazımdır.
3. Qabları yumaq üçün süngər. Bu lazımlı əşyanın hər həftə dəyişilməsi məsləhət görülür.
4. Vanna otagının pərdəsi. Onu ayda bir dəfə təzələməyiniz məsləhət görülür.
5. Mətbəx və vanna otaqlarında olan zibil qutuları. Xüsusi dezinfeksiya vasitələri ilə ayda 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi mütləqdir.
6. Qabyuyan maşın. Mikrobların daha çox yığıldığı yer bu əşyanın rezin bərkişmələridir. Rezin yerləri xüsusi dezinfeksiya vasitələri ilə həftədə 1 dəfə təmizləmək lazımdır.
7. Paltaryuyan maşın. Bu əşyanın da rezin bərkişmələri çox təhlükəl sayılıb, xüsusi dezinfeksiya vasitələriylə həftədə 1 dəfə təmizlənməyə vacib sayılır.
 
Ununtmayın ki, bakteriyalar üçün ideal ocaq yeri nəm və isti mühit sayılır!