15 Haziran 2015 Pazartesi

→ Dünya ölkələri haqqında maraqlı məlumatlar

1. Fransanın 12 zaman qurşağında torpaqları var. 11 zaman qurşağında olan torpaqları ilə siyahıda 2-ci yerdə ABŞ, 3-cü yerdə isə Rusiya durur – 9 zaman qurşağı
2. Dünyada ən çox dilin danışıldığı ölkə Papua Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, əhalinin yalnız 1.2%-i ingiliscə bilir. Ölkədə 820-dən çox dildə danışılır.
3. Təhsilli insanların sayına görə Kanada dünyada birincidir. Ölkə əhalisinin 50%-i təhsillidir. İkinci yerdə 45%-lə İsrail, üçüncü yerdə isə 44%-lə Yaponiya durur.
4. Misir e.ə. 3100-cü ildə əldə etdiyi suverenliyi ilə dünyada ən qədim suveren dövlət hesab olunur.
5. Kanadada 3 milyondan çox göl var və ölkənin 9%-ni təşkil edir. Dünyada olan göllərin 60%-indən çoxu Kanadanın sərhədləri daxilindədir.
6. Rusiya dünyada ordusunda tankların sayına görə birinci ölkə hesab olunur: 21.000.
7. Demək olar ki, hər kategoriyada – mədəni, iqtisadi, iqlim, irqi, dini, dil və etnik baxımdan Hindistan dünyada ən çox müxtəlifliyi olan ölkələrdəndir
8. Dünyadakı meşələrin təqribən 25%-i Rusiyanın Sibir vilayətinin payına düşür.
9. Dünyadakı tiryək istehsalının 95%-i Əfqanıstanın payına düşür
10. Məsələ insanları həbs etməyə gələndə ABŞ burada birincidir. Həbsxanalarda olan 2.2 milyon insan ölkə əhalisinin 4%-ni təşkil etsə də, dünyada həbsxanalarda olan insanların 25%-ni özündə cəmləşdirir. 1.5 milyonla Çin 2-ci, 870 minlə Rusiya 3-cüdür.

→ Sirli Atlantida



Filosof Atlantida barəsində qeydlərini belə yekunlaşdırır: «Dəhşətli zəlzələ və subasması nəticəsində bizim ordumuz bir gün və gecə ərzində torpağa gömüldü. Atlantida adası da dənizin dərinliklərində gözdən itdi. Bu səbəbdən də indi həmin dəniz gəmiçilik üçün yararsızdır. Batmış adanın əvəzində qalan bərkimiş çirkab gəmilərin hərəkətinə mane olur». Platona inanmaq olarmı? Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq çökmə o qədər də dərin olmayıb. Vulkan külü dəniz suyunu qatılaşdıraraq gəmilərin hərəkətini çətinləşdirib. Ehtimallara görə, suyun altında qalmış Atlantidanın okeanın dərinliyinə doğru çökməsi hələ uzun müddət davam edib. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Sadəcə, afinalılarla atlantlar arasındakı həmin ərəfəyə təsadüf edən mifik müharibə barəsində danışmaqla kifayətlənib. Atlantoloqlar hesab edirlər ki, bu müharibənin sona çatması ilə Atlantidanın məhv olmasını çox qısa zaman intervalı ayırır. Atlantidanın qalıqlarından tapılan mədəniyyət nümunələri isə müəyyən mülahizələrə əsas verir. Platona görə, analoji mədəniyyət nümunələri məhz həmin mifik savaş dönəminə aiddir. Bu isə Atlantidanın məhvinin təxminən 12 min əvvələ təsadüf etməsi haqqında təsəvvürlər yaradır. Bəşər tarixinin sonrakı dövrlərində Atlantidanın taleyinə bir çox elm adamları da maraq göstərib. Onların bəziləri Atlantida faciəsini Platonun uydurması sayırdılar. Hesab edirdilər ki, Platon bu uydurması ilə gələcək nəsillərə öz həmvətənləri haqqında mifik qəhrəmanlıq tarixi hədiyyə etmək istəyib. Ancaq Platonun Atlantida barədə məlumatlarına ciddi yanaşaraq elmi araşdırmalar aparanlar da yox deyil. Onların sırasında amerikalı konqresmen İ.Donelli xüsusi yer tutur. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə «Atlantida — subasmaöncəsi dünya» əsərini qələmə alan İ.Donelli hətta «atlantologiyanın atası» kimi qəbul edilirdi. Bu mövzuda apardığı araşdırmalardan sonra İ.Donelli Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Axı hindu, skandinav və s. dünya xalqlarının mifologiyalarında qalan allahların hamısı Atlantida vətəndaşları sayılır. Böyük ehtimalla Atlantidanın ən qədim kaloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər. Və Atlantida dəhşətli fəlakət nəticəsində məhv olub. Adanın bütün əhalisi okean sularının altında qalıb. Quldarlıq imperiyasını çökdürən dörd fəlakət...İ.Danellinin davamçılarından olan Vilyam Skott-Elliot 1896-cı ildə yazdığı «Atlantida tarixi» adlı əsərində bu ada haqqında daha dolğun məlumat verməyə çalışıb. V.Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun sərhədləri şimaldan indiki İslandiyaya, cənubdansa müasir Rio-de-Janeyro şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. İkinci geoloji fəlakət 200 min əvvələ təsadüf edir. Atlantida ikiyə — Ruta adlanan nisbətən böyük şimal və ondan kiçik Daitya kimi məlum olan cənub hissələrinə bölünüb. Daha dəhşətli üçüncü kataklizmsə, 80 min il əvvəl baş verib. Bu dəfə də Atlantida öz mövcudluğunu qoruyub. Ancaq bu mövcudluq nəhəng Atlantidanı, sadəcə, Rutanın qalığı olan Poseydanidaya çevirib. Platonun haqqında danışdığı Atlantida da əslində onun kiçik hissəsi olan Poseydanidadır. Nəhayət, bizim eradan əvvəl 9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib. Və okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Bu şəhər müasir parkları xatırladan yaşıllıqlarla əhatə olunubmuş. Paytaxtın kənar hissəsindəsə, əsasən hakim sinfin təmsilçilərinə məxsus villalar yerləşirdi. Stavorot şəhərinin hələ ikinci kataklizm nəticəsində məhv olduğu ehtimal edilir. Atlantida cəmiyyətisə quldarlıq üzərində təşəkkül tapıbmış. Atlantlar reaktiv raketlərlə Marsa uçublar… Atlantida haqqında mülahizələr yalnız onun məhv olması ilə bağlı məlumatlarla məhdudlaşmır. Həmin mülahizələr içərisində Atlantik okeanda yerləşmiş bu mifik ada boyu yayılan quldarlıq imperiyasının çiçəklənmə dövrü barəsində də iddialara rast gəlinir. V.Skott-Elliot məlumat verir ki, qızıl əsrinin sonunda Atlantidanın reaktiv aviasiya sahəsi yüksək inkişafa çatmışdı. Ümumiyyətlə, Atlantida sivilizasiyasının yüksək inkişaf səviyyəsi ilə bağlı konsepsiyanın tərəfdarları odsaçan və səs-küylə uçan nəhəng əjdahalar, eləcə də qeyri-adi təsvirli cisimlər barədə çoxsaylı məlumatlara istinad edirlər. Belə məlumatlara adətən yunanların, germanların, slavyanların, çinlilərin, hinduların və digər xalqların qədim mifoloji rəvayətlərində rast gəlinir. Konsepsiyaya görə, bütün bunlar Atlantidanın reaktiv gəmiləri haqqında öz təsvirini dəyişmiş dumanlı təsəvvürlərdir. Bu təsəvvürlər hava hücumu taktikası tətbiq edən atlantların cəza ekspedisiyaları barədə xəbər verir. Əlbəttə, belə mükəmməl texnikaya malik olsaydılar, atlantlar fəlakətdən qaçmağa cəhd göstərərdilər. Doğrudan da atlantoloqların mülahizələri arasında Atlantidanın çökdüyü vaxt hakim sinfin müəyyən hissəsinin reaktiv gəmilər vasitəsilə xilas olduğu barədə iddialara rast gəlinir.Onların qənaətinə görə, ali təbəqənin təmsilçiləri (krallar, kahinlər və s.) əsasən Amerika və Afrikaya, eləcə də kosmik raketlərlə başqa planetlərə — Venera və Marsa pənah aparıblar. Ancaq reaktiv gəmilər məhdud saylı səlahiyyətli və qüdrətli təbəqənin nəzarətində olduğundan onlar vasitəsilə fəlakətdən canını qurtaranlar o qədər də çox olmayıb. Xilas olub, Amerika və Afrikaya üz tutanlarsa, yeni vətənlərində vaxtilə Atlantidada sahib olduqları qüdrətlərini itiriblər. Və yerli əhali ilə qaynayıb-qarışmaq məcburiyyətində qalıblar. Onların sonralar köhnəlmiş və yanacaq ehtiyatlarını tükədərək yararsız hala düşmüş gəmilərinin qalıqları isə atlantların qəddar cəza ekspedisiyalarını xatırlayan digər xalqlar tərəfindən məhv edilib. Göründüyü kimi, Atlantida haqqında çoxsaylı və müxtəlif mülahizələr mövcuddur. Bu mülahizələr hər bir halda belə bir adanın doğrudan da mövcud ola biləcəyindən xəbər verir. Ancaq bəşər övladı Atlantida müəmmasını açmaq üçün hələ də maddi sübutlara sahib deyil. Deməli, qədim yunan filosofu Platonu özündən tarix uydurmaqda suçlayanların mülahizələri də yaşamaq hüququna malikdir. Bununla belə, həqiqətlə uydurma arasındakı məsafənin qət edilməsi yəqin ki, gələcək nəsillərin öhdəsinə düşəcək Bermud ücbucağının Atlantida ilə əlaqəsi Bermud ücbucağının da qədim Atlantida şəhəri ilə hansısa əlaqəsi olması barədə fikirlər mövcuddur. Hətta Atlantida şəhərinin su altına batdığı güman edilən ərazidə aparılan sualtı araşdırmalarda okeanın dibində sıralanmış böyük daşların insan əli ilə sıralanması həmçinin həmin daşların bəzilərinin əraziyə aid olmayan suxurlardan yonulması da burada həqiqətən də vaxtı ilə mədəniyyət və sivilizasiyanın olmasını sübut edir. Bu faktlardan sonra Platonun əsərlərində qeyd edilmiş Atlantida haqqında fikirlərin doğruluğu hər kəs tərəfindən qəbul edilməlidir.

→ İsveç kibriti

→ İsveç kibriti


Çox sadə bir əşya olan kibrit ele də qədim tarixə malik deyil. Tanıdığımız kibrit təxminən 150 il öncə icad olunmuşdur.

Kibrit icad ediləndə artıq paroxod da mövcud idi, toxuculuq dəzgahları da və qəribə görsənsə də alışqan da....

Tam əminliklə kibritin üzərinə “Avropada düzəldilib” markasını vurmaq olar. Belə ki, kibritin icad olunmasının nə yeri, nə də ki, müəllifi dəqiq məlumdur. Məlum olan bir odur ki, ilk olaraq Avropada icad edilib. Kibrit Avropanın bir çox ölkələrində 50 il müddətində təkmilləşmə yolu keçmişdir.

  İlk dəfə kibriti 1805–ci ildə fransalı Jan Lui Şansel icad etmişdir. Xırda taxta çöplərinin üstünə bertolet düzü ilə şəkər tozunun qarışığı çəkilirdi. Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedirdi və alov əmələ gəlirdi. Amma hər bir kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi. 

1830-cu ildə Fransa və Almaniyada indikilərə bənzər kibrit istehsal etməyə başladılar. Bu kibritlər ağ fosfordan düzəldilirdi. Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olması ilə bərabər, həm də zəhərli idi. Bu da insan səhhətinə çox pis təsir göstərirdi. Ağ fosfor çox tez alşma qabiliyyətinə malik olduğundan çox vaxt elə qutudaca bir-birinə sürtünməklə alışırdı.

Kibritin icadında son sözü isveçlilər demişdir. Belə ki, Karolinq Unstitutunun professoru Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu, təsirsiz qırmızı fosforla əvəz etmişdir. Bundan əlavə o, kibrit çöplərini alışdırmaq üçün qutunun üzərinə də fosfor çəkilməsini təklif etmişdir.

Hal- hazırda məişətdə istifadə etdiyimiz müasir kibritlətin “müəllifi” isə İsveç fabrikaçısı Yuhan Lundstrem hesab edilir. İndiki təhlükəsiz kibritləri ilk dəfə o, öz fabrikasında istehsal etdirmişdir. Bu səbəbdən də məişətdə istifadə etdiyimiz kibrit “İsveç kibriti” adlandırılır. Kibritin məişətdə ən çox istifadə olunan və ən gərəkli bir ixtira hesab edildiyi üçün o zamanlar – yəni 1855-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisində Yuhan Lundstrem medalla təltif olunmuşdur.

1837-ci ildə Rusiyaya gətirilən ilk kibritləri ruslar “spiçki” adlandırırdılar ki, bu da “taxta mismarlar” mənasında idi. Rusiyada ilk kibrit istehsal edən fabrika 1870-ci illərdə işə salınmışdır. Deyilənlərə görə, bu fabrikanının sahibi Vasili Lapşin bir müddət İsveçdə Lundstremin fabrikində işləmişdir.

Keçmiş SSRİ (Sovet İttifaqı) kibrit istehsalına görə, dünyada birinci yer tuturdu.

→ Qadınlar da məcburi hərbi xidmət keçəcək



Bu ilin oktyabr ayında Norveçdə kişi və qadınların hərbi xidmətin mütləq olmasını təsdiqləyən qanun layihəsi qüvvəyə minib. Norveç NATO təşkilatına üzv olan ilk ölkələrdəndir. Ölkə sosial rifah və gender bərabərliyi ilə məşhurdur. Bu səbəbdən irəli gələrək, Norveçdə kişilər kimi, qadınlar da hərbi xidmətdən keçir. Yerli qanunlara görə, şirkətin direktorlar şurasının 40 faizindən çoxu qadınlardan ibarət olmalıdır. 
   Hökumətin yarısı isə qadın nazirlərdən təşkil olunub. Yeni qanuna görə, 1997-ci ildən sonra dünyaya gələn qadınlar hərbi xidmətdən keçməyə borcludur. Qeyd edək ki, bu vaxta qədər hərbi xidmət könüllü xarakter daşıyırdı. Qadınlar Norveçin istənilən hərbi sahəsində xidmət edə bilər. Hazırda ölkədə qadınların minatutan gəmilərdə də xidmət etdiyini görmək olar. Məcburi hərbi xidmət 2016-cı ildən sonra tətbiq olunacaq. Qadınlar 44 yaşına kimi hərbi xidmətə çağırıla bilər. Xatırladaq ki, Norveçdə qadınlar könüllü hərbi xidmətə 1976-cı ildən etibarən qoşulub. 

→ Tək qaş üzüyün tarixcəsi



Nişan üzüyü sadəcə bir bəzək əşyası deyil. Nişan – həyatın ən unudulmaz anlarından biridir, bu anı daha da təsirli edən nişan üzükləridir, xüsusən də tək qaş üzüklərdir…
Saray qadınlarının əvəzolunmaz zinət əşyalarından biri də dəyərli qaşlar olub
Zinət əşyası dedikdə ilk olaraq ağla brilliant gəlir. Rənglilər isə brilliant qaşlarla sintez edilir. Keçmişdə isə hər cür dəyərli qaş zinət əşyalarında istifadə edilirdi, onların uyğunluğundan çox bolluğuna fikir verilirdi. Məsələn Osmanlı saraylarında zinət əşyaları dəbdə idi. Bu gün də biz keçmişdə zinət əşyalarının hansı mənanı verdiyini və necə istifadə edildiyi haqqında danışacağıq.
Statusun simvolu Ləl-cəvahirat Osmanlı saraylarında təkcə bəzək əşyası deyil, sosial statusu da göstərən fərqli mənaları olan nəsnələrdir. Topqapı Sarayında ehtişamı ilə göz qamaşdıran zinət əşyaları, onların sahibələri haqqında geniş məlumat verir. Xüsusən də 16-cı əsrdən sonra ləl-cəvahiratlar istər dövlət adamlarının, istərsə də qadın geyimlərinin əvəz olunmaz atributuna çevrilir.
Ləl-cəvahirat padşahların qüdrətini göstərərdiPadşahların taxdığı ləl-cəvahiratlar onun əhəmiyyətini yansıdacaq şəkildə seçilirdi. Gündəlik istifadədə isə hətta daş-qaşla bəzədilmiş ayaqqabılara da rast gəlmək olardı. Bundan başqa padşahlar arasında broş, nişan, yatuq və zümrüd qaşlı üzük taxmaq ənənəsi də var idi. Taxt və asqılar isə hökmdarlıq əlaməti idi. Asqılarda daha çox zümrüd qaşlara yer verilirdi. Taxtlar qızıl, almaz, yaqut, zümrüdlə işlənərdi.
Sultan da tək qaş üzük taxardıSaray dedikdə təbii ki, dəbdəbəli toyları söyləmədən keçmək olmaz. İndi qır-qızılı oğlan tərəfi almalıdırsa, əvvəllər qızlar qiymətli qaşları cehiz kimi apararmışlar. Ləl-cəvahiratlar sultan qızlarının cehizində önəmli yer tutardı.

Evlənərkən bir padşah qızına bir almaz klon, almaz bilərzik, bir dəst zümrüd qaşlı sırğa hədiyyə edilər, bir də daş-qaşla bəzədilmiş ayaqqabı geyindirilərdi. Sultan II Mahmudun qızı Mihrimah sultan evlənəndə cehizində bahalı və qiymətli daş-qaşla dolu qutular olubmuş. Sultan Əbdülməcidin qızı Münirə Sultan evlənəndə cehizindəki çox dəyərli tək qaş brilliant üzük və salxım formalı zümrüd qaşlı sırğası diqqət çəkmişdi.
Fərqli qaşlar birlikdəSaray qadınlarını daş-qaşsız təsəvvür edə bilmərik. Osmanlı qadınları dəyərli qaşları birlikdə istifadə etməyi xoşlayıb: almaz, zümrüd, yaqut, firuzə, mirvari, sapfir və.s...
XIX əsrdən başlayaraq qadınlar brillianta maraq göstərirlər. Tək qaş brilliantlar, almaz taclar da o dövrün nadir incilərindəndir.
Daş-qaşlar bir çox saray əşyalarını bəzəyib. Quran kitabının saxanıldığı qutu, yastıq qılıfları, daraq, kisə, pul qabı, cib saatı, sürahi, qaşıq, fincan, lampa, çətir və başqa əşyalar bahalı qaşlarla bəzədilib.

Qadınların vaz keçə bilmədiyi aksessuarı və bəxt üzüyü tək qaş üzük necə hazırlanır?
Tək qaş üzük qadınların hamsının arzuladığı aksessuardır. Müxtəlif modellər və qaşlardan ibarət tək qaş üzüyün hazırlanmasına bəzən 4 saat, bəzən isə 1 gün və 1 ay vaxt sərf edilir.
Usta qızılı 32 qram xam qızılı bir kasanın içində 1000 dərəcədə isidir, əriyən qızılı qəlibə çevirir. Soyuyan qızılı turşuya batırılır, sonra xüsusi mişarla iki yer bölünür.
Qızıl sonra odda yumşaldılaraq halqa formasına gətirilir. Halqa halını alan üzüyün hər iki ucu birləşdirilir. Daha sonra qızıl üzük istənilən barmaq ölçüsünə gətirilir. Halqa çəkiclə düzəldilir. Tam hazır olmayan üzük bir neçə kimyəvi maddəyə batırılıb cilalanır. Sonra su ilə təmizlənir və alıcısına təqdim olunur.

→ Üçüncü Reyxin gizli silahları



Üçüncü Reyx barədə çox danışılıb, çox yazılıb. Bu mövzuda bədii və sənədli filmlərin, kitab və oçerklərin, məqalə və araşdırmaların sayı-hesabı yoxdur. Amma hitlerçilərin, xüsusilə də faşist Almaniyası rəhbərinin yadplanetlilərlə münasibəti barədə məlumat azdır.
 Yəqin ki, bir çox səbəblərə görə mövzu barədə çoxları susmağa üstünlük verir. Bundan başqa, hitlerçilərin hərbi-texnologiyasının qələbə əldə etmiş müttəfiqlərdən məhz hansına çatdığı da dəqiq məlum deyil. Müttəfiqlərdən hər biri faşistlərin gizli biliklərinə sahib olmaq üçün maksimum səy göstərib.
 Hamıya məlumdur ki, müttəfiqlər Hitler Almaniyasına qarşı savaşın bütün mərhələlərində bir-birinə qəti inanmayıblar. Sovetlərin – Stalinin müttəfiqləri aldadaraq Berlinə ilk girməsi buna sübutdur. Sovet komandanlığı əmin idi ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları gizli laboratoriya və tədqiqat mərkəzlərindəki bütün materialları ələ keçirib.
 Amma bununla belə, 1945-ci ilin mayında müttəfiqlər arasında ixtilaf heç bir tərəfə sərf etmirdi. Çünki Almaniyadan sonra növbədə Yaponiya idi və yapon ordusu da darmadağın edilməli idi. Bununla belə, müttəfiqlik münasibətlərinin qorunub saxlanılması amerikalılara faşistlərlə mübarizə vəzifəsini həyata keçirərək atom bombası icad etməyə mane olmadı.
 Məlumdur ki, almanlar tərəfindən bir çox modern silahların, eyni zamanda atom bombasının hazırlanması üçün uğurlu layihələr hazırlanmışdı. Bu gün bir çox mütəxəssisin fikrincə, almanlar texnoloji və elmi nailiyyətlərə ancaq yadplanetlilərlə əlaqə sayəsində nail ola bilərdilər. Ola bilsin ki, bu əlaqələrin dərin kökləri olub.
 Mütəxəssislər deyir ki, yadplanetli irq Yer planeti sakinlərinin həyatına qarşı biganədir və hətta onların bizlərdən xoşu gəlmir. Ola bilər ki, yapdlanetlilərin dünya bəşəriyyətinə qarşı yüksək humanist məqsəd və dəyərləri yoxdur.
 Nasional-sosialistlər Almaniyada hakimiyyətə gəlməzdən öncə ari irqinin köklərini araşdırırdılar və əfsanəvi Şambalanın axtarışı ilə məşğul idilər. Nasistlər dünya hökmranlığını ələ keçirmək üçün sirli biliklərə sahib olmağa can atırdılar. Hətta bəzi alimlərin iddiasına görə, hitlerçilər uzun müddət Şərqdə və Rusiyanın ucqarlarında, Tibetdə məhz informasiya kanalını axtarıblar. Fərziyyəyə görə, bu kanala sahib olduqdan sonra dünyaya hökm etmək mümkün idi. İkinci dünya müharibəsi zamanı da bu kanalı axtarıblar. Himalay və Tibetə çoxsaylı məxfi ekspedisiyalar yola düşüb. Onların tərkibinə alimlər və onların təhlükəsizliyinə cavabdeh olan SS-çilər daxil idi. Bütün axtarışlar ən müasir avadanlıqlarla təchiz edilmişdi. 1935-1939-cu illər ekspedisiyaların ən uğurlu və məhsuldar dövrü sayılır. Amma tədqiqat nəticələri ilə bağlı rəsmi sənədlər yoxa çıxıb. Ya bu sənədlər məhv edilib, ya da keçmiş alman xüsusi xidmət orqanlarının gizli məkanlarında gizlədilib.
 Versiyalardan birinə görə, ekspedisiyalardan biri, çox güman ki, Himalay dağlarında qəzaya uğramış “uçan boşqab” tapıb və yadplanetlilərlə əlaqə qurmağa nail olub. İstisna deyil ki, almanlar hətta uçan aparatın ekipajını əsir götürüb və ya kosmik kəşfiyyat bazasını ələ keçiriblər. Yəqin ki, almanların hücumu bazada olan yadplanetlilər üçün gözlənilməz olub. Amma yadplanetlilərin bu hücumdan qoruna bilməməsi fikri inandırıcı görünmür. Çünki almanların silahları onlar üçün primitiv sayılırdı. Çox güman ki, əlaqə qarşılıqlı anlaşma nəticəsində baş verib: yadplanetlilər kosmik gəminin təmiri və texniki xidməti üçün lazım olan materialları almanlardan əldə ediblər. Almanlar isə, əvəzində yüksək texnoloji bilgilər barədə məlumat alıblar.
 Bu tip versiyaların səslənməsi təbiidir. Nəyin düz, nəyin yalan olduğuna qərar vermək çətindir. Çünki Almaniyanın o dövr üçün texniki və hərbi sahədə yüksək səviyyədə nailiyyətlər əldə etməsi yerdənkənar sivilizasiyadan əldə edilən informasiya sayəsində mümkün idi. Nəzərə almaq lazımdır ki, bütün bu texniki yeniliklər əldə olunanda Almaniyanın bütün alimləri ölkəni tərk etmişdilər. Nəticədə, elmi məktəblər bağlanmış, elmi-texniki layihələrin işlənməsi dayandırılmışdı. Almanların yeni silah istehsalı sahəsində Amerika Birləşmiş Ştatları və Rusiyanı kölgədə qoyması faktdır. Amma adıçəkilən ölkələr elmi və maddi potensiala görə Almaniyadan qat-qat üstün idilər.
 Almaniyanın təslimçilik aktına qol çəkdikdən sonra bəzi texniki nailiyyətlər Hitler əleyhinə qurulmuş koalisiyaya daxil olan müttəfiqlərin əlinə keçdi. Müharibədən sonra bütün ölkələrin texniki kəşfiyyat orqanlarının ciddi-cəhdlə işləməsi bunu təsdiq edən faktdır.
 Bütün bu versiyalara baxmayaraq, Hitlerin yadplanetlilərlə konkret əlaqələrinin olduğu barədə maddi sübut və dəlillər yoxdur. Amma dolayı yolla bunu sübut edən faktlara rast gəlmək mümkündür.
 Məsələn, 30-cu illərin sonunda Almaniya hərbi qüvvələrinin 57 ədəd sualtı qayığı var idi. Sonradan 4 il ərzində almanlar 1150 super müasir sualtı qayıq inşa etdilər. Bu bir çox strateji materialların çatışmazlığı və Almaniya şəhərlərinin daim müttəfiqlər tərəfindən bombalanması fonunda baş verdi.
 İngilis, amerikan və sovet hərbçiləri ələ keçirilmiş, amma qəti zədələnməmiş sualtı qayıqları görəndə böyük təəccüb keçirdilər. Görəsən, dənizçiləri təəccüblənməyə vadar edən səbəb nə idi?
 Birincisi, alman sualtı qayıqları tamamilə səssiz hərəkət edirdi. Bu isə düşmən hidroakustika qurğuları tərəfindən axtarışını çətinləşdirirdi. İkincisi, alman sualtı qayıqlarında 8.5 min dəniz mili məsafə qət etmək üçün yanacaq ehtiyatı daşımaq mümkün idi. Bu isə o illər üçün inanılmaz bir rəqəm sayılırdı. Üçüncüsü, alman sualtı qayıqları, digər ölkələrin sualtı qayıqlarından az nəzərə çarpan silueti, inanılmaz manevr qabiliyyəti, əla sükan sistemi, iki ədəd periskopu (sualtı gəmidən baxmaq üçün optik cihaz) ilə fərqlənirdi. Silah kimi qayığın burun hissəsinə 88 millimetrlik top quraşdırılırdı. Üst hissədə isə 20 millimetrlik zenit topu vardı. Dördüncüsü, alman sualtı qayıqlarında avtomatik tuşlanan elektrik torpedaları mövcud idi. Bu torpedalar hərəkət zamanı suda xarakterik qabarcıqlar buraxmırdı. Bu isə torpeda hücumunun olduğunu anlamaqda qarşı tərəfə çətinlik yaradırdı.
 Alman sualtı qayıqları yüksək texnoloji səviyyəyə sahib idi. Məsələn, 7-ci nəsil alman sualtı qayıqları Sovet hərbi-dəniz donanmasına verildi və 50-ci illərin sonuna qədər onlardan istifadə olundu. Qeyd etmək lazımdır ki, bu qayıqlardan biri SSRİ-yə 70-ci illərə qədər “xidmət edib”.
 Qayıqlarda olan xüsusi qurğu suyun altında havanı dizel mühərriklərə ötürürdü. Müqayisə üçün deyək ki, suyun altına enmiş adi qayıqlarda dizel mühərriklər söndürülür və elektrik mühərriklərinə keçilirdi.
 Bundan başqa, alman sualtı qayıqlarında idarəetmə hidravlik sistem vasitəsilə həyata keçirilirdi. Hidravlik laq (gəminin sürətini ölçmək üçün cihaz) və digər texnoloji yeniliklər başqa qayıqlarda mövcud deyildi. Əgər nasistlər, həqiqətən də, yadplanetlilərlə əlaqədə olublarsa, deməli, güclü silah, məsələn, sualtı atom kreyseri istehsal edə bilərdilər. Amma deyəsən, almanlar yadplanetli irqin elə biliklərindən yararlanıblar ki, qısa müddətə yeni silah növləri istehsal edə bilsinlər.
 Məsələn, almanlar 1000 km/saat sürətlə hərəkət edə bilən reaktiv qırıcılar istehsal etdilər. Bu təyyarə göstəricilərinə görə bütün müttəfiq ölkələrdə istehsal edən qırıcılardan çox üstün idi. Bugünədək də, kütləvi bombardman altında almanların 1945-ci ildə 2 min hərbi təyyarə istehsal etmələri sirr olaraq qalır.
 Alman mütəxəssislər yeni tip mühərrik istehsal etmişdilər. Hərbi analitiklər əminliklə söyləyirlər ki, əgər almanlar bu mühərriki 1944-cü ildə istehsal edib “Messerşmitt Me-163” qırıclarına quraşdırsaydılar, müharibənin gedişatı tamamilə hitlerçilərin xeyrinə dəyişə bilərdi.
 Maraqlı faktlardan biri də odur ki, Böyük Britaniya və ABŞ kəşfiyyat orqanlarının gizli arxivlərində hərbi təyyarəçilərin məruzələri var. Bu məruzələrə əsasən, təyyarəçilər ikinci dünya müharibəsi zamanı Almaniya səmasında əsgər dəbilqəsinə və ya boşqaba bənzər uçan aparatlar gördüklərini dəfələrlə qeyd ediblər. Sovet təyyarəçilərinin bu tip faktlarla qarşılaşdıqları barədə məlumat yoxdur.
 90-cı illərin əvvəlində alman və çex mətbuatında maraqlı materiallar dərc olunmağa başladı. Bu materiallar II Dünya Müharibəsi zamanı Çexoslovakiyada hərbi qulluqda olan və yeni silahları sınaqdan keçirən alman əsgər və zabitlərinin ifadələri əsasında hazırlanmışdı. Şahidlərin verdiyi ifadəyə görə, 1943-cü ilin payız aylarında onlar səmada qeyri-adi uçan aparatı izləyiblər. Uçan aparat gümüşü rəngdə, diametri 6 metr olan disk formasında olub. Aparat silahla da təchiz edilib və onun topu tank lüləsinə bənzəyirmiş. Diskin alt hissəsində 4 cüt orta ölçülü şassi olub. Bu uçan aparatın sonrakı taleyi barədə məlumat yoxdur. İstisna deyil ki, ingilis və amerikalı təyyarəçilər məhz bu aparatla qarşılaşıblar. Ola bilər ki, sovet təyyarəçiləri də ona rast gəliblər. Amma bu barədə məlumat yoxdur. Çünki II Dünya Müharibəsi barədə sənədlər Rusiya xüsusi xidmət orqanları tərəfindən məxfiləşdirilib.
 Başqa bir informasiya da bu səpkidə düşünməyə vadar edir. 90-cı illərin əvvəlində dərc edilən bir xəbərə görə, 47 ildən sonra nasist kosmonavtlar Yer kürəsinə qayıtdı! Aprelin 2-də kosmonavtlar Atlantik okeanından səmaya uçmuşdular. Bəzi mənbələrin dəqiq məlumatına görə, uçuş Hitlerin şəxsi tapşırığı ilə həyata keçirilib. NASA-nın bəzi mütəxəssislərinin fikrincə, Penemyqnde poliqonundan 1943-cü ildə bir raket start götürüb. Raket açıq kosmosa uçub. Əldə edilən məlumata görə, uçuş zamanı kosmonavtlar qocalmayıblar və qayıdarkən Yer planetində uzun müddət uzaq düşdüklərindən xəbərsiz olublar. NASA-ya müraciət edən və bu barədə məlumat əldə etmək istəyən jurnalistlərin sorğusu cavabsız qalıb. Qurum bu məlumatı nə təsdiq edib, nə də inkar edib. Ola bilsin ki, nasist astronavtları unikal məlumata sahib idilər və ABŞ bu informasiyanın yayılmasında maraqlı deyil.
 Bu, dolayı yolla da olsa, Üçüncü Reyxin yadplanetilərlə əlaqələrinin olduğunu sübut edir. Bu əlaqələrin hansı müddətdə olduğu barədə də məlumat yoxdur. Nasistlərin yadplanetlilərlə əlaqəsini sübut edən faktlardan biri də Hitlerin tez-tez sirli silahı olduğu barədə verdiyi bəyanatlardır. Amma onun hansı silahı nəzərdə tutduğu naməlum olaraq qalır. Ola bilər ki, Hitler tezliklə kosmonavtların Yerə qayıdacağına, əldə etdikləri informasiya və biliklərlə yeni texnika istehsal edəcəyinə və dünya hökmranlığını ələ keçirəcəyinə ümid edirdi.
 Hələlik, Üçüncü Reyxin yadplanetlilərlə əlaqəsi tam açılmayıb. Amma Almaniyanın süqutundan sonra nasistlərin ələ keçirilən elmi-texniki layihələri insanı dəhşətə gətirir və bu barədə konkret düşünməyə vadar edir. Müharibənin sonunda müttəfiqlər bir-birinə etibar etmirdilər və Avropada kommunizmin yayılmasından qorxurdular. Bu səbəbdən də, Almaniyada ələ keçirilən laboratoriya layihələri gizli saxlanıldı. Qərb tarixçiləri və araşdırmaçılarının yazdığı bir çox məqalə və materiallar həddən artıq fantastik və absurd görünə bilər.Bununla belə, bəzi faktlar üzərində düşünmək lazımdır. Məlumdur ki, nasistlər nüvə bombası və yeni silah istehsalı sahəsində ciddi uğurlar əldə ediblər və bundan əlavə, texniki nəaliyyətlərə imza atıblar. Bir çox qərbli araşdırmaçının fikrincə, almanlar bu nailiyyətlərə yadplanetlilər sayəsində çatıblar. “Hitlerin yadplanetlilərlə əlaqəsi olubmu” sualına  konkret cavab vermək mümkün deyil. Bu, Üçüncü Reyxin sirri olaraq qaldı. Bu sirri ya yadplanetlilər aça bilər, ya da müəmmanı nasistlərin gizli mağaralarında saxlanılan sənədlər vasitəsilə gün işığına çıxarmaq mümkündür. Hələ ki, bu barədə danışarkən yalnız dolayı faktlara istinad etmək mümkündür.